Ötən gün “5/5”-də qonaq olan Damla maraqlı açıqlamaları ilə diqqət çəkib.
Paytaxt.org Milli.Az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamalın suallarını cavablandıran gənc müğənni cavabları ilə verilişə damğasını vurub.
Aparıcı ilə Damlanın dialoqunu təqdim edirik:
Bir vaxt Pərviz Bülbülə ilə çıxdınız. İndi Damla və Nicat məsələsi ortalığa çıxır.
– Bəli. Nicatla biz 10 ilə yaxındır dostuq. Biz son illər görüşürdük, amma səhnə fəaliyyətimiz bərabər deyildi. Son zamanlar el şənliklərində çox rastlaşırdıq. Dedim ki, Nicat, gəl bərabər əl-ələ tutaq.
Gedək üzü küləyə.
– Bəli. Niyə də olmasın.
Subaydır qardaş?
– Xeyr, evlidir.
A… Onda üzü küləyə çox getməyəcəksiniz.
– Yox. Xanımını tanıyıram. Çox gözəl insandır. Ailəvi dostuq.
Damla xanım, o birini də tanıyırdınız. Gördünüz necə ayrıldınız?!
– Kim hansı məqsədlə, hansı istiqamətə yozur yozsun. Mənim heç kimin nə ərində, nə sevgilisində, heç nəyində gözüm yoxdur.
Videonu izləmək üçün şəklə klikləyin: