"“Azərişıq” ASC-nin Sabunçu rayon kənd məhsulları satış bölməsi" - ŞİKAYƏT

Vusalə Əliyeva Bakunews.az-a tutarlı faktları ilə yaxınlaşaraq Sabunçu rayon “Azərişıq” ASC-nin satış şöbəsi tam qanunsuzluqla idarə edildiyini qeyd edib. O, qeydində bildirib ki, 03.01.2018-ci il tarixində övladım əməliyyat olunduğu üçün yaşadığım Sabunçu rayon Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi 16, mənzil 41 ünvanında heç kəs olmayıb. 06.01.2018-ci il tarixində evdə heç kəsin olmadığın görən “Azərişıq” ASC-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən elektrik enerjisini qanunsuz kəsiblər. 11.01.2018-ci il tarixində əməliyyatdan çıxan övladımla birgə evə gəldiyimdə mənzildən üfünət iyinin gəldiyini hiss etdim. Soyuducuya alıb yığdığım ərzaqlarımın hamısı tamamilə məhv olduğundan mənzildən kəskin iy gəlirdi. Əraziyə nəzarət edən “Azərişıq” ASC-nin əməkdaşına zəng edərək mənim mənzilimin elektrik enerjisinin niyə kəsildiyini sual etdim. O isə bildirdi ki, elektrik enerjisinin verilməsini o dayandırmayıb. “Azərişıq” ASC-nin Sabunçu rayon üzrə satış rəisi Anar Abdullayev kəsdirib. Daha sonra A.Abdullayevin qəbuluna gedərək mənzildə heçkəsin olmamasından istifadə edib elektrik verilməsinin dayandırdıqlarına görə mənə dəymiş ziyanı kimin ödəyəcəyini sual etdikdə Anar müəllim bizə dəxlisi yoxdur ged hara ürəyin istiyir şikayəti et deyə bildirdi.

“Azərişıq” ASC-nin Sabunçu rayon Enerji Təhcizatı və Satış İdarəsinə daxil olar kən sanki özümü açıq yarmarkada olduğumu təsəvür etdim. Dövlət idarəsinin daxilində baş verənlər məni heyrətə gətirdi. Sanki bura “Azərişıq” ASC-nin idarəsi deyil kənd məhsullarının satış bazarını xatırladırdı - deyə vüsalə xanım qeyd edir. Həmin görüntüləri video görüntüyə alaraq bizə təqdim edən şikayətçi Vüsalə xanım Anar bəyin kimdənsə çəkinməməsini bu cür izah edib. Əgər bir rəis iş otağının qarşısında kənd məhsullarının alqı satqısına icaazə verirsə demək bu şəxsin arxası o qədər güclüdürki onun kimdənsə çəkinməsi mümkünsüzdür. Buna görədə dinc sakinlərin 20 manatlıq borca görə 150 manatlıq azuqəsinin xarab olması onun kimilərin vecinə olmayacaqdır.