“Azneft” meydanında yaşayış binası yanır: Sakinlər təxliyyə olunur

Bakıda yaşayış binasında yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Səbail rayonunda, “Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, binanın sakinləri təxliyyə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.