Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL

Azərbaycanda 2018-ci ilin oktyabr ayının 17-nə təyin olunan prezident seçkiləri ölkə daxilində və eləcə də, xaricdə fəaliyyət göstərən bəzi dairələri hərəkətə keçirib. Müəyyən vasitələrlə ölkədə hökm sürən ictimai-siyasi sabitliyi pozmağa çalışan bu qüvvələr, indi də hökuməti xalqla üz-üzə qoymağın yeni “yol”unu tapıblar. Belə ki, ölkəyə gətirilən mal və məhsulların, əsasən də, ərzaq və dərman preparatlarının qiymətlərinin süni şəkildə və günbəgün qalxmasının arxasında aztəminatlı əhalinin üsyana qalxması məqsədi dayanır.


Qlobal.az-ın əldə etdiyi məlumata görə, uzun zamandan bəri Azərbaycana gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin və təkərlərin monopoliyasını həyata keçirən “Broker” MMC, bəzi hallarda isə “Trans Broker” MMC kimi adlanan şirkət son zamanlar qiymətləri süni şəkildə artırmaqla məşğuldur.

2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən “Trans Broker” MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun xalası oğlu Anar Allahverdiyevdir. Əvvəllər Əbülfəz Məlikovla “çiyin-çiyinə” çalışan Anar Allahverdiyev hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırmaqla məşğuldur.

Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL

Əbülfəz Məlikov professora niyə sığınmışdı?
Ə.Məlikovun adı ölkə mediasında sabiq milli təhlükəsiz naziri Eldar Mahmudovla, adıçəkilən nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs edilmiş Akif Çovdarovla birlikdə bir çox işlərdə hallandırılıb.

Mediada yazılanlara görə, Akif Çovdarov həbs edilməmişdən əvvəl Əbülfəz Məlikovla birlikdə ölkəyə mal gətirən, dövriyyələri böyük olan iş adamlarının əmlakını əlindən alınmasını üçün müəyyən ssenarilər üzrə planlar cızıblar. Akif Çovdarovun qara siyahısında olan iş adamlarının gömrük sərhədlərində “narkotika ilə saxlanılması” işinə də dolayısı ilə Ə.Məlikov rəhbərlik edib. Bu cür əməkdaşlıq müqabilində Akif Çovdarovun şəbəkəsi Əbülfəz Məlikova “Trans Broker” MMC-nin monopoliyasını genişləndirməsi üçün “münbit şərait” yaradıblar. Eyni zamanda E.Mahmudova yaxın şirkətlər ölkəyə gətirdiyi malllara görə gömrük rüsumu ödəməkdən qeyri-rəsmi azad ediliblər. Ancaq Əbülfəz Məlikovun “imperator”luğu uzun çəkməyib. Belə ki, baş verən “MTN olayı”ndan sonra Əbülfəz Məlikov Rusiyaya qaçdı. Bu haqda o zaman ölkə mediası yazdı.

Maraqlısı isə haqqında kifayət qədər neqativ informasiyalar dolaşan, həyat fəlsəfəsi ancaq nəyisə ucuz alıb baha satmaq olan Əbülfəz Məlikovun Rusiyanın siyasi və elmi dairələrində böyük nüfuza sahib, eləcə də Azərbaycanda da müsbət imicə malik, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan, professor İlham Rəhimova sığınması oldu. Həmin vaxt mətbuatda Ə.Məlikov İ.Rəhimovun dəstəyi ilə Rusiya siyasi elitasından biznesinin və kapitalının təhlükəsizliyinə təminat aldığı yazılırdı.

Ancaq İlham Rəhimovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi, həmçinin Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə təyin etdiyi yeni köməkçisi Natiq Əmirovun iqtisadi modelinə qarşı çıxan iş adamını sonadək kölgəsi altında saxlamayacağı çoxlarına və eləcə də Ə. Məlikovun özünə də aydın idi. Müəyyən müddətdən sonra gözlənilən hadisə baş verdi. Belə ki, professor İlham Rəhimov Əbülfəz Məlikovu çevrəsindən uzaqlaşdırdı.

Ancaq onsuz da professor ilham Rəhimovun daha çox elmi, siyasi mühitində sıxılan “broker Əbülfəz” artıq özünə yeni əlaqələr qurmuş, daha çox pul qazanmaq istəyini əbədi unutmaq hesabına, ölkəyə qayıdışına icazə ala bilmişdi.
Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL

Əbülfəz Məlikovun “cücərən” arzuları

Rusiyadan Azərbaycana geri dönən Əbülfəz Məlikov bir müddət sonra toparlanaraq “Trans broker” MMC-ni hərəkətə gətirə bildi. Ölkənin yeni iqtisadi siyasətinə uyğun olaraq fəaliyyət göstərməyə başladı. Yeni yaranan logistik şirkətlər və dövlətin gömrük qanunlarına etdiyi bir sıra dəyişikliklər Əbülfəz Məlikova əvvəlki qədər qazanmağa imkan verməsə də, onun gələcəyə ümidləri böyük idi.

“Broker Əbülfəz”ə sadəcə əlverişli zamanda intuitiv olaraq müdrik qərar vermək qalırdı.

Və belə bir zaman gəldi …

Azərbaycanın dövlət büdcəsinin əsas hissəsini təşkil edən neft gəlirlərinin azalması və milli valyutanın məzənnəsinin aşağı düşməsi hesabına ölkənin daxili bazarında yaranan nizamsızlıq Əbülfəz Məlikova yenidən yüz milyonlar qazanmağına ümid verdi. Tezliklə ölkəyə gətirilən yağ və süd məhsullarının qiymətləri iki-üç qat qaldırıldı. Düzdür, qiymət artımı qismən, istehlakçıların, xüsusən də kasıb insanların hiss etməməsi üçün mərhələ-mərhələ qaldırıldı. Ancaq bununla belə, qiymət artımı əhali arasında ciddi narazılıq yaratdı. Hətta narazılıq o qədər böyük oldu ki, Dövlət Gömrük Komitəsini, İqtisadiyyat Nazirliyini, Nazirlər Kabinetini hərəkətə keçməyə, yaranmış gərgin vəziyyəti durdurmaq üçün müvafiq addımlar atmağa məcbur etdi. Ölkənin daxili bazarında yaranmış acınacaqlı vəziyyət aidiyyatı qurumlar tərəfindən Prezident İlham Əliyevə məruzə ediləndən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış məhsullar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldı.

Azərbaycan xalqının maddi rifah səviyyəsinin yüksək olmasını daim diqqətdə saxlayan Prezident İlham Əliyev cənablarının bu qərarından sonra Əbülfəz Məlikovun rəhbərlik etdiyi “Trans Broker” MMC-nin aylıq dövriyyəsində rəqəmlər yenidən azalmağa başlayıb. Ancaq baş verən proseslərə nəzər yetirdikdə Ə.Məlikovun situasiyayla barışmadığı görünür.

Hələ 2011-ci ildə ölkəyə avtomobil şinləri gətirən Mahmud Tağıyev adlı biznesmen qarşılaşdığı özbaşınalıq və qanunsuzluğa görə, o vaxt Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirərək “Trans Broker” MMC-nin ondan 25 min manat rüşvət tələb etdiyini deyirdi. Ölkəyə gətirilən yağ məhsullarından qazandığı vəsait azalandan sonra, görünür, Əbülfəz Məlikov indi də təkər biznesini “körükləməklə” məşğul olmağa başlayıb. Artıq ilkin “qığılcımlar” da görünməyə başlayıb. Belə ki, yanvar ayının 12-də işlənmiş təkər idxalı ilə məşğul olan bir qrup iş adamı Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirib.

Prezident seçkilərinin keçiriləcəyi ölkədə isə ən adi sosial tələblərlə belə keçirilən aksiyalar ciddi və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.


Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL


Əbülfəz Məlikov kimdir, sadə broker yoxsa poqonsuz general?

Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, həyatının xronoloji ardıcıllığı bəradə mediaya məlumatlar sızdı. Mediada yazılanlara görə, Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə bir neçə il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə “Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir.

“Onun “Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Əbülfəz Məlikov sonradan Kəmaləddin Heydərovla sabiq Vergilər Naziri Fazil Məmmədovun siqaret biznesini yönəldib. Burada etimad qazana bildiyindən daha sonra onu siqaret fabrikinə direktor təyin ediblər. Bundan sonra isə Əbülfəz Məlikov 2006-cı ildə yaradılan «Trans Broker» MMC adlı quruma rəhbərlik etməyə başlayıb

Məlumata görə son zamanlar Əbülfəz Məlikov ölkəyə gətirilən meyvə monopoliyasını da nəzarətə götürüb. Bu məqsədlə “Meyvəli” topdansatış bazarında yeni sistem yaratmış Ə.Məlikovun qısa zamanda bir sıra ciddi “nailiyyətlər” də əldə etdiyi deyilir. Belə ki, ölkəyə mer-meyvə daşımasını həyata keçirən bəzi şirkətlərin fəaliyyətlərinə süni əngəllər yaradılmaqdadır.
Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL

İlham Əliyevi tənqid edən müxbir Əbülfəz Məlikovu niyə təriflədi?

Ə. Məlikovun əsas hədəflərindən biri də ölkənin qida sektorunun əsas payçılarından olan “Azərsun” holdinqi sıradan çıxarmaqdır. Lakin Əbülfəz Məlikovun ölkədən kənarda da ciddi dayaqları olan Abdolbari Goozal kimi nəhəng iş adamının rəhbərlik etdiyi holdinqi sıradan çıxaracağı inandırıcı görünmür. Məqsədinin əlçatmaz olduğunun fərqində olan Ə.Məlikov mümkün olan hər bir vasitə ilə “Azərsun” holdinqin nüfuzunun zədələnməsinə çalışır. Belə ki, bir müddət öncə xaricdən peyk vasitəsi ilə yayımlanan “Azərbaycan saatı” verilişində ölkədə yağ məhsullarının qiymətlərinin qalxdığına görə, “Azərsun” holdinq və şirkətin rəhbəri Abdolbari Goozal ciddi hədəfə alındı. Əbülfəz Məlikov isə müxbir tərəfindən Azərbaycan xalqına məzlum və heç bir günahı olmayan iş adamı kimi təqdim olundu.

Bu verilişdən sonra ölkə mediasında maraqlı məlumatlar yayılmağa başladı. Məlumatda qeyd olunurdu ki, Ə.Məlikov Respublika prezidenti İlham Əliyevin və ölkənin siyasi elitasının ünvanına tənqidlər, hətta bəzən həqarətlər yağdıran “Azərbaycan saatı” verilişinə ABŞ və Avropada yaşayan xalaoğlusu Anar Allahverdiyev vasitəsi ilə maddi yardımlar edib. Qeyd edək ki, bu xəbər də “Trans broker” MMC və ya Əbülfəz Məlikov tərəfindən təkzib olunmadı.
Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL

Qara qüvvələr Əbülfəz Məlikovdan Prezident seçkilərində istifadə edə bilərmi?

Artıq 3-cü onillikdir ki, Azərbaycan Respublikasının 20 faiz torpağı Ermənistanın işğalı altındadır. Bu müddət ərzində müharibənin həlli istiqamətində keçirilən siyasi görüşlərin hələ ki, heç bir nəticəsi yoxdur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın işğaldan qeyd-şərtsiz azad edilməsi istiqamətində yürütdüyü haqlı, qətiyyətli və əsaslı siyasət Ermənistanın havadarları olan bəzi qərb dövlətlərinin, müəyyən siyasi qurumların istəyinə uyğun deyil. Onlar həmişə Azərbaycanda zəif dövlət, zəif hakimiyyət arzulayıblar. Bunun üçün də yaranmış vəziyyətlərdən öz xain məqsədləri üçün yararlanmağa çalışıblar.

İki il bundan əvvəl başda ABŞ olmaqla bir sıra qərb dövlətləri qardaş Türkiyədə hakimiyyət çevrilişinə cəhd etdi. Ancaq Türkiyə hökumətinin siyasi çevikliyi və türk xalqının müdrikliyi, birliyi sayəsində bu xain plan baş tutmadı. Əksinə Türkiyədə hökumət, xalq və dövlət vəhdəti daha da monolitləşdi. Bu zaman isə ABŞ türk xalqının etibar və inamını daha da qazanmış hakimiyyətin ləkələnməsi üçün yeni “mərhələyə” start verdi. Türk xalqının hökumətlərinə olan inamının sarsılmaı üçün Qərbin xüsusi xidmət orqanlarının planında bu dəfə Rza Zərrab “kartı”ndan istifadə etməyə başladılar. Vaxtilə milyardlarla vəsaitin dövriyyəsinə nəzarət edən Rza Zərrabın isə Türkiyə hökumətinin mətbəxində baş verənlərdən kifayət qədər xəbəri var. Hətta Rza Zərrabın türkiyənin siyasi elitasında cərəyan edən proseslərdən xəbəri olmasa belə ABŞ xüsusi xidmət orqanları Zərrabın hər açıqlamasına öz “naxışlarını” vuraraq onu əhəmiyyətli şəxs kimi dünyaya sırımağa çalışırlar.

Bu cür hal – yəni hakimiyyətin ali instansiyalarında baş verənlərdən məlumatı olan şəxslərin dili ilə həmin hakimiyyətlərin şantaj olunması illər öncə Azərbaycanda da baş verdi. Belə ki, 2012-ci ildə Azərbaycandan Avropaya qaçıb getmiş, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, adı bir çox neqativ məsələlərdə hallanan Elşad Abdullayev əlində olan məlumat və videoları mətbuata, sosial şəbəkələrə ötürməyə başladı. Elşad Abdullayevin o zaman yaydığı videolardan sonra Azərbaycan hakimiyətində ciddi ixtilaflar, problemlər yaşanmağa başladı. O zaman Milli Məclisin deputatı olan Gülər Əhmədovanın deputatlıq mandatı ləğv edilərək həbs edildi. Bəs, bu hal yenidən təkrarlana bilərmi?
Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOL

Azərbaycanın yeni Elşad Abdullayevi və yaxud “milli Rza Zərrabı” kim ola bilər?


Son zamanlar Azərbaycan hakimiyyətinə qarşı artan beynəlxalq təhdidlər onu deməyə əsas verir ki, qarşıdan gələn prezident seçkiləri artıq müəyyən dairələri yenidən hərəkətə keçirib. Bütün məqsədləri Azərbaycan hakimiyyətini xalqın gözündən salmağa hesablayan qərbin siyasi dairələri yəqin ki, bu dəfə də yeni “dil” qoparmağa çalışacaqlar. Yuxarıda yazılanlara, xüsusən də “Azərbaycan saatı”na Əbülfəz Məlikova yaxın şəxslərin maliyyə yardımı etməsi ciddi siqnal və artıq məhdud imkanlara malik medianın araşdıra bilməyəcəyi mövzudur.