SOCAR-ın trest müdiri xaricdə istirahət kompleksi tikib?

Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyev ölkə xaricində biznesə başlayıb.

Bu barədə Tendensiya.com-a daxil olan məlumatda bildirilir ki, trest müdiri Türkiyədə böyük biznes şəbəkəsi qurub.

Belə ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir. Tendensiya.com-a daxil olan məlumatda vurğulanır ki, SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaradıb. Hazırda biznesi Şimali Kipr Türk Cumhuriyyətində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.

Məlumatda İsgəndər Şirəlyevin oğlunun Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.
Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik.

Qarşı tərəfi də dinləməyə hazırıq.