Sürücüsü olmayan avtobus sınaqdan keçirildi - VİDEO

Avtopilot rejimdə çalışan kiçik nəqliyyat vasitəsi GPS, kamerə sistemləri ilə təchiz edilib
İsveçin paytaxtı Stokholmda ilk dəfə sürücüsüz avtobus sınaqdan keçirilib. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, avtopilot rejimdə çalışan kiçik nəqliyyat vasitəsi GPS, kamerə sistemləri ilə təchiz edilib. Nəqliyyat vasitəsi salonunda quraşdırılmış tablonun köməyi ilə sərnişinlər hansı dayancaqda düşəcəklərini seçə bilərlər.