“Tenderlər kralı”nın keçmiş MTN-lə əlaqələri haqda müdhiş faktlar – RAMAZAN MİRZƏYEVİN AKİF ÇOVDAROVLA İŞBİRLİYİ ÜZƏ ÇIXIR

Son günlər gündəmi zəbt edən “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevlə baglı məqalələr cəmiyyətdə geniş rezonans dogurub.
Əldə etdigimiz məlumatlara görə, həmin məqalələrin Ramazan Mirzəyevin Mətbuat Şurasındakı adamları tərəfindən sildirilməsinə baxmayaraq, proseslər daha da intensiv xarakter alıb. Redaksiyamızı məlumatlandıran mənbələrin iddialarına görə, “tenderlər kralı”nın keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovla sıx münasibətləri və işbirliyi olub. Çovdarov kralın maliyyə imkanlarından, kral isə Çovdarovun kriminal xidmətlərindən yetərincə bəhrələniblər.
Çox maraqlıdır ki, uzun müddətdir Akif Çovdarovun cinayətlərini araşdıran istintaq qrupu nədənsə bu cütlüyün əməllərinə hüquqi qiymət verməyib.
Redaksiyamıza daxil olan məlumatlar araşdırılma mərhələsindədir. Təqdim edəcəyimiz məlumatların bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəyinə ümid edirik.
Bizi izləyin...
“Tenderlər kralı”nın keçmiş MTN-lə əlaqələri haqda müdhiş faktlar – RAMAZAN MİRZƏYEVİN AKİF ÇOVDAROVLA İŞBİRLİYİ ÜZƏ ÇIXIR
Turaninfo.org