Salyanda “Mercedes”lə toqquşmadan yayınan ”Kamaz” ağaca girdi - VİDEO

Kabinədə sıxılıb qalmış oğlanı FHN-in xilasediciləri çıxarıb

Bu gün axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonunun Bəydili kəndindən keçən 71-ci km-də minik və yük avtomaşınları qarşı-qarşıya gəlib. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Biləsuvar rayon sakini Əhliman Nadirovun idarə etdiyi 12 BE 020 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomaşını sulu qar yağdığından islanmış yolda 10 GU 036 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşmadan yayınarkən yoldan kənara çıxaraq, ağaca çırpılıb.

Qəza nəticəsində “Mercedes”də xəsarət alan olmasa da, ağaca çırpılmış yük maşınının kabinəsində olan sürücünün 22 yaşlı oğlu Kamran Nadirov xəsarət alaraq kabinədə sıxılı qalıb. Kabinədə sıxılıb qalmış oğlanı FHN xilasedicilərinin köməkliyi ilə çıxarılaraq sol bud sümüyünün sınığı diaqnozu ilə Salyan Məkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.