Qəzanı 125 saylı marşrut xətti ilə hərəkət edən avtobus törədib
Bakının Nəsimi rayonunda piyadanı sərnişin avtobusu vurub. AzBaku.info "Report”a istinadən xəbər verir ki, hadisə 1980-ci il təvəllüdlü Abdullayeva Elnarə Kazım qızı yolu keçərkən baş verib. Qəzanı 125 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu törədib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.