Xersonun atəşə tutulması nəticəsində bir nəfər həlak olub, 20-dən çox yaralı var

Xersonun atəşə tutulması nəticəsində bir nəfər həlak olub, 20-dən çox yaralı var


Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 21 nəfər yaralanıb.

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Yaralılar arasında üç polis əməkdaşı və bir tibb işçisinin olduğu bildirilir.

"Hücum nəticəsində 61 yaşlı kişi həlak olub. 18-77 yaş arası doqquz nəfər yaralanıb. Həmçinin 23 yaşlı iki polis əməkdaşı da xəsarət alıb. 8 çoxmənzilli ev və iki avtomobil zədələnib", - məlumatda qeyd olunub.