Qazaxstanda qəribə olay baş verib.
AzBaku.info Milli.Az-a istinadla xəbər verir ki, Zhanna Nurzhanova ( Canna Nurcanova ) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib.
Belə ki, adı açıqlanmayan oğlana bacısı qız şəkli göndərib. Oğlan isə ona qızın baxışlarının gözəl olduğunu söyləyib. Bunu görən C.Nurcanova yuxu dərmanı ilə sevgilisini yatdırıb, kişilik orqanını kəsib.
Gözəllik salonunda işləyən qadın sevgilisinin orqanını kəsdikdən sonra onu xəstəxanaya aparıb. Xəstəxanadan polisə məlumat verilib. Qadın tutulub. O, qısqanclığa görə belə hərəkət etdiyini etiraf edib.
O, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Oğlanın vəziyyəti isə ağırdır.