Növbədənkənar prezident seçkiləri ilə bağlı azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.
Azbaku.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla təxminən 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.