Ötən gün Xətai rayonu, Babək prospekti 93 ünvanından 3 saylı xəstəxanaya bıçaqlanma xəsarəti ilə qadın daxil olub.
23 yaşı Həsənova Nuranə Şəmsəddin qızı qarnının sol yarısının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb və dərhal cərrahiyə əməliyyatı olunub. Reanimasiya şöbəsinə yerləşdirilən qızın vəziyyəti orta-ağırdır.
Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanıb, aradırmalar aparılır. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Digər bir oxşar fakt isə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsindən 1993-cü il təvəllüdlü Hüseynova Aygün Vasif qızı bıçaqlanma xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən qızın vəziyyəti normaldır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Araşdrımalar zamanı məlum olub ki, 25 yaşlı qız küçədə mübahisə zamanı oğlanı tanışı tərəfindən bıçaqlanıb. Hazırda polis əməkdaşları həmin şəxsin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar./Ölkə.Az/