Uzun müddətdir müzakirə edilən qanun layihəsi TBMM-ə təqdim olunub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bir ay ərzində Türkiyə Böyük Millət Məclisində təsdiqlənməli olan qanun layihəsində bir çox sahə üzrə yeni qaydalar nəzərdə tutulub. Belə ki, sözügedən qanuna əsasən, internetdən yayımlanan verilişlər də aidiyyatı qurumlardan lisenziya almalı olacaq.
Bununla da, RTÜK-ün səlahiyyətlərindən kənarda qalan internet verilişlərinə ciddi nəzarət ediləcək.
Qeyd edək ki, A9 kanalında yayımlanan Adnan Oktarın verilişi əhali arasında etirazla qarşılansa da, RTÜK bununla bağlı qadağa qoya bilmirdi.