BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin Şəbnəm Tovuzlunun gizli sponsoru olduğu iddia edilir.
Uzun müddətdir ki, ölkənin maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu barəsində Obyektiv.info-ya ilginc məlumat daxil olub.
AzBaku.info bildirir ki, həmin məlumatda iddiaya görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğullar” MMC-nin sahibi Ramazan Mirzəyevdir. Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub.
Məlumatda qeyd edilir ki, Ramazan Mirzəyev Şəbnəm Tovuzluya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 minlik avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.
Qeyd edək ki, Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və ailəsi olmasına baxmayaraq onunla dini kəbin kəsdirib.
P.S. Qarşı tərəfin mövqeyin dinləyə bilərik.