ABŞ Kosmik Agentliyi (NASA) Xəzər dənizində “süd qasırğası” adlı anomal prosesin fotosunu dərc edib.
Oxu.Az-ın xəbərinə görə, foto yanvarın 9-da Terra kosmik aparatından MODİS spektroradimetri vasitəsi ilə çəkilib.
Qeyd edilir ki, külək suyu qarşdırır və dənizin dibindən çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində "süd kölgəsi" yaradır.
Alimlər təbiət hadisəsi balıqçılığa mənfi təsir göstərə biləcəyini hesab edirlər.
NASA-dan bildiriblər ki, peyk təsvirləri Xəzərdə monitorinq üçün əsas üsuldur.