Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.