
"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, "Elektron notariat" informasiya sistemində "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün protokol və notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olan əmlak barədə icra məmurunun qərarı da göstəriləcək.


