Dövlətin büdcəsi ilə ayağımızın altını qazan müxalif düşərgə - "AAY" Dövlət Agentliyi niyə susur? ARAŞDIRMA

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tender vasitəsi ilə podratçılığı həyata keçirən şəxslərin kimliyini niyə araşdırmır…? Araşdırıbsa baş verən məsələyə münasibətini niyə bildirmir…?

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi müxalifət düşərgəsinin milyonlara sahib olması üçün yaratdığı şərait Azərbaycan xalqının ziyanına işləməkdədir.

Xeberfakt.az-a daxil olan məlumata görə, Babək prospektində aparılan işlərdə Ümüd Partiyasının sədri keçmiş deputat İqbal Ağazadənin qardaşının apardığı podratçı işlə bağlı şok məlumatlar verilib. Belə ki, İ.Ağazadənin biznesmen qardaşı sosial şəbəkələrdə və media qurumlarının dərc etdiyi materyallardanda məlum olduğu kimi qalmaqalı ticari anlaşmalarda oyun pozanlığı ilə gündəmi zəbt edib. Hal-hazırda Babək Prospektində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən aparılan yenidən qurma işlərində, kanalizasiya xətlərinin təzələnməsi yenisi ilə əvəz edilməkdədir. Keçən yazılardada qeyd etmişdik ki, bu xəttlərin üzərini örtülməsi prossesi məhz yumuşaq qum örtüyü ilə olmalıdır. Bütün göstərişlər qaydasında aparıldığı halda böyük diametric dəmir boruların və beton boruların üzəri nəyinki yumuşaq heç qum adlı məhvumun olmadığı katlavan torpağı (daşlı torpaq) ilə örtülərək işin tamamlanma hissəsinə keçid edilməkdədir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nəzarətində olan prossesin daxilində baş verənlər dövlət büdcəsindən ayrılmış milyonların şəxsi ciblərə və o cümlədən müxalif fikirli Azərbaycanın azadlığını qəbul etməyən qüvvələrin varlanmasına hesablanıb. Dövlət büdcəsinin hansı müxalif yönlü şəxslərin cibinə getməsi isə artıq məlum olub. Belə ki, Ümüd partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadənində həmin prosseslərdə iştirak etməsi ilə bağlı məlumatlar verilib. Məlumatda o da qeyd edilir ki, qumun kub hesabı ilə qiyməti baha olduğundan podratçılarla anlaşan İ.Ağazadə qum əvəzinə katlavandan istifadəyə yararsız olan materyallarla turbaların üzərini doldurması prossesini həyata keçirdir. Turbaların üzərinə tökülən mərk materyaların vurduğu zərər ən qısa müddətdə özünü büruzə verəcəyi isə məlum məsələdir. Ağır texnikanın həmin yolun bərpasında işləməsi artıq örtülmüş hissəyə nə qədər ziyan vurması isə məsələnin digər tərkib hissəsidir. Bu prossesdən isə ən qısa gələcəkdə Azərbaycan xalqının və dövlətinin zərərə düşməsi müşahidə edilməkdədir. Ölkə büdcəsindən xərclənən milyonların yenidən çıxacaq nörsanlar ucbatından təkrar xərclənməsinə hesablanması tərəfimizdən çirkin niyyət hesab edilir. Müxalifət düşərgəsinin nümayəndəsi İqbal Ağazadənin qardaşından hansısa xeyirxahlığın gözlənilməsinin özüdə yanlış olar – desək yanılmarıq. Hakim partiyanın fəaliyyətini bəyənəyən müxalif düşüncəli partiya sədri özünün heç bir müsbət əməlinə rast gəlməməyimizdə təsadüfü deyildir. Məsələnin əsas tərəfi podratçıların öhdəsinə götürdüyü işləri düzgün qaydada icra etməməsidir ki, bunada nəzarət edən agentlik nümayəndələri həmin şəxslərlə cinayət əlaqəsinə girərək məsələnin ictimailəşməsinin qarşısını almaqdadırlar. İlqar Ağazadənin xalqa düşmən kəsilməsinin əsas səbəblərindən biridə qardaşı İqbal Ağazadənin mandatının əlindən alınması olub ki, buda onun hakim dairələrə normal qaydada nüfuz edə bilməməsinə gətirib çıxarıb. Hakim dairələrə nüfuz edə bilməyən İlqar varlanma yolunda atdığı adımların maniələrlə rastlaşmasına səbəb olub. Nəqədər olmaya Azərbaycanda deputat qardaşına yox demək ən azından hörmətsizlik kimi qəbul edilir. Yox sözünə alışmayan İlqar bəy podratçılarla anlaşdıqdan sonra böyük lahiyənin bir üzvünə çevrilib. Bu isə onun hakimiyyətin qardaşının əlindən aldıqlarına qarşı yer aldı zərbə vurmağa münbit şərait yaradıb desək yanılmarıq. Qısa müddət əvvəl yayılan məlumatlraın saytlardan dərhal götürülməsini istəyən partiya rəhbəri görəsən bu məlumatın yayılmasından niyə təşvişə düşüb. Əsas məqsədin ortaya çıxmasımı onu narahat edirdi yoxsa qardaşının milyonları qazanaraq hakimiyyət daxilində həmin vəsaitlə çaxnaşmalar yaratmaq məqamından kimlərinsə xəbər tutacağından narahatlıq keçirmişdir… ƏSAS SƏBƏB NƏ İDİ…

Ardı var... Araşdırma DAVAM EDİR…

Qarşı tərəflərin mövqeyin dərc etməyə hazırıq.

Xeberfakt.az