Hövsanda İcra Nümayəndəsi misli görünməmiş qanun pozuntuları...

Suraxanı rayon İcra hakimiyyətinin Hövsan qəsəbəsi üzrə icra nümayəndəliyində "qəribə cinayət" hadisəsi baş verdi. Belə ki, Qəsəbə icra nümayəndəliyi rəhbəri Ağasəlim Əliyevin müavini olan Daşqın adlı şəxs, tabeliyində olan bir qrup fəhlə ilə qəsəbənin Bağlar massivi kimi adlanan ünvanındakı 106-cı məhəllə, 43-cü evinə daş hasarın üzərindən aşaraq basqın xarakterli hərəkətlərə yol vermişlər. Hasarı aşıb içəri həyətə daxil olan bir qrup işçi icra nümayəndəsi müavini Daşqın bəyin bu "missiyasını" yerinə yetirmək məqsədilə arxadan darvazanı açaraq onun həyətə rahat şəkildə daxil olmasına şərait yaratmışlar. Onlar Bu barədə yerli Məhkəmə qərarı olmadan həyətə daxil olaraq yarımtikili qalan tövləni uçurtmağa başlamış, bu zaman evdə olan ev sahibinin yaşlı anası Məmmədova Təmamzər Mürsəl qızı həyətdəki səsə çıxaraq həmin şəxslərin bucür qanunsuz əməllərini görüb huşunu itirərək özündən getmiş, qonşuluqda yaşayan sakinlərin qıraqdan bunu əvvəlcə müşahidə etdikdən sonra yaşlı qadının yerə yıxıldığını görüb dərhal köməyə gəlmişlər. Vəziyyətin bu yerdə olduğunu görən Daşqın bəy, işçiləri ilə birgə həyəti tərk edib getmişlər. Qonşular dərhal Təmamzər ananın oğlu, onunla birlikdə burada yaşayan Məmmədov Ramil Sərxoş oğlunu zəng edərək təcili olaraq işdən evə gəlməsini bildirmişlər. Bununla bərabər yaşlı ananın yerdə bucür vəziyyətdə qalmasından ciddi narahatlıq keçirən qonşular, Təcili Tibbi Yardım Xidmətinə zəng vurmaqla hadisə yerinə həkim briqadasını da çağırmışlar. İşdən yarımçıq olaraq məlum hadisə ilə bağlı evə gələn Təmamzər ananın oğlu Ramil, həyətə girəndə dəhşətdolu mənzərənin şahidi olur. Təcili Yardım həkimlərinin köməyilə həyatı xilas olan ana , ona iynə vurulduqdan sonra, ayılaraq hadisəni qonşuların da nəql etdiyi kimi izahını çətinliklə də olsa oğluna ifadə edir. Ramil bu baş verənlərin açıq- aşkar cinayət olduğunu təsəvvür edib dərhal da Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq bildirmiş və bu barədə şikayət də ünvanlamışdır. Şikayət üzrə işə baxan Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsi işi araşdıraraq müvafiq qaydada qərar qəbul edib müraciət edən zərərçəkmiş tərəfə yazılı bildiriş vermişdir. Qeyd edək ki, məsələ ilə bağlı artıq aidiyyatı üzrə olan rayon Prokurorluğuna da şahid qismində həmin qonşular da gələrək müvafiq izahatlarını yazılı şəkildə bildirmişlər. İnanırıq ki, ədalətli qanunlar çərçivəsində də baş vermiş hadisəyə hüquqi qiymət veriləcəkdir. Mövzunu diqqətdə saxlayırıq.
Hövsanda İcra Nümayəndəsi misli görünməmiş qanun pozuntuları...
Hövsanda İcra Nümayəndəsi misli görünməmiş qanun pozuntuları...
Hövsanda İcra Nümayəndəsi misli görünməmiş qanun pozuntuları...
(bakunews.az)