Rəfail Mehrəliyevin Akif Çovdarovla işbirliyi üzə çıxır

Bir necə il bundan əvvəl, ölkə gündəminin əsas mövzusunu Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən hadisələr təşkil edirdi. Sabiq nazir Eldar Mahmudov istefaya göndərildikdən sonra açılan dəhşətli faktlar MTN-də qatı cinayətkar bir dəstənin fəaliyyət göstərdiyini ortaya çıxardı. Hansı ki, onlar iş adamlarını soymaq, günahsız insanları şərləyərək həbs etmək, intihara məhkum etmək, ölkə rəhbərliyində olan insanları belə dinləyərək, onlara qarşı kompramat toplamaq, hətta bu məlumatları xarici kəşfiyyat orqanlarına satmaq və sair bu kimi ağılasığmaz cinayətlərlə məşğul olublar.MTN–də “yuva salan” bu cinayətkar şəbəkənin digər nazirliklərdə, komitələrdə işbirlikçiləri olub.

Redaksiyamızı məlumatlandıran mənbələrin iddialarına görə,MTN–də “yuva salan” bu cinayətkar şəbəkənin bir qolu BŞIH gedib çıxıb.Belə ki,İsmaric.az–a məlumat verən mənbə iddia edir ki,BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyev MTN-nin həbsdə olan generalı Akif Çovdarov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla sıx münasibətləri və işbirliyi olub. Çovdarov Rəfail Mehrəliyevin maliyyə imkanlarından yetərincə bəhrələnib.

Son günlər gündəmi zəbt edən, mətbuatda “milyonçu məmur” kimi adı hallanan BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyevin keçmiş MTN şəbəkəsi ilə baglı məqalələr cəmiyyətdə geniş rezonans doğursada və həmin məqalələrin Rəfail Mehrəliyevin adamları tərəfindən sildirilməsinə baxmayaraq, proseslər daha da intensiv xarakter alıb.

Hər an hüquq-mühafizə orqanları tərəfindən Rəfail Mehrəliyevin fəaliyyətinə dair araşdırmanın aparılacağı bildirilir.Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi bu səbəbdən əndişəlidir. Akif Çovdarov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbsindən sonra onunla işbirliyində olan, bəzi müəmmalı məsələlərə dair tapşırıqlarını icra edən və bu yolla şəxsi maraqlarını təmin etməyə müvəffəq olan bir sıra vəzifə sahibləri yaman əndişələnməyə başlayıb.Dayısı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və Akif Çovdarovun həbsindən sonra Rəfail Mehralıyev əməlli-başlı stres keçirib və indiyədək özünə gələ bilməyib.

Bu hadisələrdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev mətbuatın diqqət mərkəzinə gəlib.

Belə desək,Rafael Mehrəliyevin adının rabitə və MTN işində hallanması başına bəla olub.

Mehrəliyevin paytaxt meriyasında əsas gəlir sahələrindən birinə yiyələnməsini vaxtı ilə yaxın qohumu, Rabitə Nazirliyindəki sabiq aparat rəhbəri Vidadi Zeynalov təşkil etdirib.

Çox maraqlıdır ki, uzun müddətdir Akif Çovdarovun cinayətlərini araşdıran istintaq qrupu nədənsə bu Rəfail Mehrəliyev və Çovdarov cütlüyün əməllərinə hüquqi qiymət verməyib.

İsmaric.az-ın pardığı araşdırmalar nəticəsində məlum olub ki, hər an həbs olunma təhlükəsi ilə,Rəfail Mehreliyev Vidadi Zeynalov və özünün Azərbaycanda taladıqları pulları gizli şəkildə qardaşı keçmiş polis rəisi Mübariz Mehrəliyev vasitəsi ilə ölkədən çıxarıblar.

Araşdırmalardan məlum olur ki, Mübariz Mehrəliyev qardaşı üçün İstanulda böyük bir restoran, bir neçə bahalı ev və şirkəti üçün 2 mərtəbəli ofis alıb. Həmin ofisdə Rafael Mehrəliyevlə Vidadi Zeynalovun şərikli turizm şirkətinin fəaliyyət göstərəcəyi ehtimal olunur. Həmçinin Azərbaycanın sərvətini talayaraq ölkədən çıxaran talançı qohumların Bodrum və Antalya şəhərlərində torpaq sahəsi aldıqları və burada böyük bir istirahət kompleksi tikdirmək üçün işə başladıqları məlum olub.Bundan başqa, korrupsioner azərbaycanlı məmurların İstanbulun ən bahalı rayonlarından olan Beykozda və üçüncu boğaz körpüsü yaxınlığında böyük torpaq sahələri də aldıqları məlum olub.

Bu məsələ ilə bağlı Türkiyədə araşdırmalar davam edir. Maraqlıdır ki, son zamanlar Azərbaycandan ayrı-ayrı şəxslər tərəfindən 100 milyonlarla dollar vəsait qeyri-qanuni yolla Türkiyəyə çıxarılıb və korrupsiya nəticəsində əldə edilən bu çirkli pullar Türkiyədə sərmayəyə çevrilib. Yəni faktiki olaraq bu gün Azərbaycanda korrupsiya yolu ilə əldə edilən pullar Türkiyənin iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edir. Hesab edirik ki, həm Azərbaycan dövləti, həm də qardaş Türkiyə dövləti bu tipli təhlükəli cinayət şəbəkələrinin biznes dairələrində kök salmasına imkan verməməli, onların cinayət yolu ilə qazandıqları çirkli pulları yumalarına mane olmalıdırlar.

İsmaric.az