Sahibkarlar Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzindən şikayətçidirlər (Video)

Bizim Yol-a müraciət edən sahibkarlar Fizuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva “Karvan” Ticarət Mərkəzinin rəhbərliyindən şikayətçi olduqlarını deyiblər.
Şikayətçilər bildiriblər ki, onlar “Karvan”da obyekt icarəyə götürüb ticarətlə məşğul olublar. 2013-cı il oktyabrın 19-da yanğın nəticəsində onların istifadəsində olan obyektlər yanıb.
Sahibkarlar Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzindən şikayətçidirlər (Video)

Şikayətçilər iddia edib ki, istintaq və məhkəmə onları zərərçəkmiş kimi tanısa da, onlara dəyən zərər ödənilməyib.

Xatırladaq ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş vermiş yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb. İstintiqa bazarın məsul şəxsi Bayramov İsməli Həmid oğlu cəlb olunub. O da bir müddətdən sonra məhkəmənin qərarı ilə azadlığa çıxıb.
Sahibkarlar Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzindən şikayətçidirlər (Video)


“15 kvadratmetrlik obyektdə 55 min manatlıq malı yanan, ayaqqabı ticarəti ilə məşğul olmuş Füzuli Quliyevə və 15 ildir “Karvan”da qab-qacaq satışı ilə məşğul olan, yanğın zamanı 100 min manat ziyana düşən Dilavər Abdullayevaya, eləcə də 170 min manat ziyana düşən Töhfə Əsgərovaya “Karvan” Ticarət Mərkəzinin rəhbəri bir qəpik də pul verməyib”,- deyə müraciətdə bildirilib.

“Karvan” Ticarət Mərkəzinin rəhbərliyindən şikayətçi olan Fizuli Quliyevin videomüsahibəsini təqdim edirik: