Bakıda bir mərtəbəni 2 yerə bölərək, ikimərtəbəli obyekt tikmək istəyirlər


Paytaxtın Xətai rayonunun Çingizxan Kərimov, 106 ünvanında yerləşən 17 mərtəbəli binanın 1-ci mərtəbəsində mərtəbə içində mərtəbə tikililməyə başlanılıb. Bu da binaya əlavə yük olduğundan tikilidə çatlar əmələ gəlməyə başlayıb.
“Qeyri-yaşayış yeri olduğundan burada hündürlük 5 m-dən çoxdur. Bunlar da obyektdə əlavə mərtəbə tikməyə başladılar və binaya əlavə 300 ton yük qoydular. Biz hamımız qorxuruq ki, bina dağıla bilər”, - deyə sakinlər bildirirlər.
Sakinlərin sözlərinə görə, onlar FHN-ə müraciət edəndən sonra inşaat dayandırıldı, ancaq indi yenidən başlanılıb. FHN-dən isə bildirdilər ki, faktla bağlı araşdırmalar aparılır.