r

"Mercedes" "VAZ-21015" çırpıldı: xəsarət alan var – VİDEO

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib
Bakıda avtomobil qəza törədib. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. Ramana qəsəbəsi Şuşa şəhərciyində yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarında hərəkətsiz dayanan "VAZ-21015" markalı avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin gücündən "VAZ" aşıb. "Mercedes"də olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Qəza ilə əlaqədar hadisə yerinə polis əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.