Azərbaycan məmurlarının dövlətdən, xalqdan oğurladıqları milyonları öz şəxsi işləri, biznesləri, kef məclislərinə xərcləmələri ilə bağlı mətbuatda çoxsaylı məlumatlar zaman-zaman dərc olunur. Bu məsələdə daha çox yerli icra orqanlarının rəhbərlərinin övladları daha çox gündəmə gəlir.
Press-az.com xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə Lənkəran rayon icra başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşov 7 ay bundan öncə azərbaycanlı müğənni xanıma 120 min manata "Porse" markalı avtomobil alması ilə bağlı xəbər yayılıb. Həmin xəbərdə iddia edilir ki, paytaxt rayonlarının birində polis bölməsinin rəisi işləyən Vüsal Qaraşov müğənni xanımla isti münasibətlərə malikdir. İcra başçısının rəis oğlu müğənni xanımla tez - tez Türkiyəyə və Avropa ölkələrinə istirahətə gedir.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Taleh Qaraşovun oğlu Vüsal Qaraşovun tez-tez icazəsiz olaraq ölkədən çıxması və buna görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən cəzalandırıldığı barədə məlumatlar dərc olunmuşdu. Həmin xəbərlərdə qeyd edilirdi ki, Vüsal Qaraşov polis haqqında qanunu və daxili nizam intizamı pozaraq xidməti iş yerini qanunsuz olaraq tez-tez tərk edib. Bundan başqa 3 ay öncə xarici mətbatda Lənkəran rayon icra başçısı Taleh Qaraşovun ailəsi ilə birgə Çexiyaya istirahətə getməsi və bu istirahət üçün 300 min dollara yaxın xərc çəkməsi ilə bağlıda məlumatlar verilmişdi.
Qeyd edək ki, Vüsal Qaraşovun 120 min manata “Porse” avtomobili aldığı müğənni xanımın adı saytımıza artıq məlumdur. Həmin müğənni xanım yaxın aylarda ailə həyatı quracaq. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.