İŞİD-in son günləri – VİDEO

Suriya hökumət qüvvələrinin bölmələri Əbu-Kamal şəhərinin İŞİD yaraqlılarından azad edilməsi istiqamətində əməliyyatlara başlayıblar.

Oxu.Az-ın xəbərinə görə, Əbu-Kamal şəhəri ölkə ərazisində terrorçuların nəzarəti altında olan sonuncu böyük yaşayış məntəqəsidir.

Əməliyyatlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri və “Hizbullah” təşkilatının döyüşçüləri də iştirak edirlər.