Ermənilər onları Bakıya gətirib gəzdirməyimizin “layiqli” cavabını verdi- VİDEO

Xankəndində erməni qadın: “Bəli, mən işğalçıyam… Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram…”

Laçında qoca erməni: “Türklərin hamısını məhv edib bircəyini spirt şüşəsində saxlamaq lazımdır…”

Xəbər verildiyi kimi, bir neçə gün öncə Bakını 30 il əvvəl ermənilərin özlərinin başlatdığı münaqişə nəticəsində tərk etmiş növbəti erməni qadın Azərbaycan paytaxtında gətirilib gəzdirildi. Bu olay cəmiyyətin əksər hissəsinin etirazına səbəb oldu. Ermənilərin yurd-yuvasını işğal etdiyi, ata-analarını, bacı-qardaşlarını, doğmalarını, qohumlarını qətlə yetirdiyi soydaşlarımız Şuşaya, Xankəndinə, İrəvana və s. bircə nəfər azərbaycanlının ayaq basa bilmədiyi halda ermənilərin sərbəst şəkildə Bakını dolanmasına şəraitin yaradılmasını özlərinə həqarət kimi qəbul edirlər…

Ermənilər də Azərbaycanın növbəti humanist addımının “layiqli cavabını” bir daha veriblər. Sosial şəbəkələrdə işğal altındakı Azərbaycan torpaqlaraında yaşayan ermənilərin azərbaycanlılara, türklərə qarşı faşistsayağı çıxışlarını əks etdirən video-görüntüləri yayılıb.

Moderator.az xəbər verir ki, həmin görüntüləri milli təhlükəsilzik məsələləri üzrə ekspert İlham İsmayıl paylaşıb.

Xankəndində çıxış etdiyi göstərilən erməni qadın deyir:”Bu, bizim daxili problemimizdi, bunu özümüz həll etməliyik. Qapıları açıb, azərbaycanlıların bura dəvət olunması məsələsinə gəlincə, mən istəmirəm ki, bir daha mənim torpağımda türk yaşasın. Mən istəyirəm ki, övladım möhkəm ruhlu böyüsün. Hətta bütün dünya bizi işğalçı adlandırsa da.. Mən qəbul edirəm, mən işğalçıyam… Mən əraziləri işğal etmişəm və bunu niyə etdiyimə görə məsuliyyət daşıyıram…”

Guya Laçında çıxış edən qoca bir erməni dığası isə deyir:” Bu Laçın ərazisinə gəlincə, bu, bizim babalarımızın torpağıdır. Biz bu torpağı işğal etməmişik, biz oranı azad etmişik. İndi isə burada ermənilər öz babalarının torpaqlarında yaşayırlar. Qarabağdan, İrəvandan, Naxçıvandan, Artaşatdan, Sumqayıtdan… Ermənilər gəlib və özlərinə evlər tikib… Görmüşdünüz, buralar xarabalıq idi. Ermənilər qurucu xalqdır. Tikdilər… Əvvəl pis yaşayırdıq. İndi yaxşı yaşayırıq. İki-üç ildən sonra daha yaxşı yaşayacağıq… Mağaza var, yol var, maşın parkı var… Dövlət vaxtlı-vaxtında maaşımızı verir. Alırıq, yeyirik. Burda nə var ki?.. Qoy türklər özləri üçün yaşasın, onlar bizdən nə istəyir? Biz onlarla yaşaya bilmərik. Bu, xalq deyil, bu, qəbilədir. Bu, qəbilə olub, qəbilə… Bütün bu tayfanı kəsib doğramaq, məhv etmək lazımdır. Və yalnız birini spirli şüşədə saxlamaq gərəkdir. Sən də bir dayan görüm (Arxadan birinə dönərək deyir)… Bircəyini spirtdə saxlamaq və gələcək nəsillərə göstərmək lazımdır ki, belə bir köçəri tayfa olub… Biz erməniləri nəyin qoruduğuna gəldikdə… Bu, bizim dilimizdir, mədəniyyətimizdir, bizim inancımızdır. Bizi saxlayan budur. Xristian inancına malik olan şəxs İslamla yaşaya bilməz…”

P.S. … Deməyə sözümüz qalmayıb artıq… Nə deyək, şeir yazaq yenə…

Yoxsa boş-boş bəyanat verək… Söz Ali Baş komandanın, ordunundur, silahındır… “Sülh platforması”, danışıq, görüş-filan hamısı başqatmadır, vaxt öldürmədir… Bu, birmənalıdır..