Samir Zeynalov şirkətin 6 işçinin intihar etdiyini, şirkətin külli miqdarda vergidən yayındığını açıqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur. Redaksiyamıza müraciət edən Rauf Əliyevin nümayəndəsi Samir Zeynalov bildirib ki, müvəkkili ətrafında baş verənlər şirkət daxilində yeyintilərin olmasını üzə çıxarandan sonra cərəyan etməyə başlayıb.
4 il əvvəl 2013cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. R.Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra hələ də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra bu məsələni aydınlaşdırandan sonra etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.
R.Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Tahir əliyev isə deyib ki, belə bir kəsrin mövcud olması qeyri-mümkündür. R.Əliyev isə aşkar etdiyi maliyyə kəsiri üzrə audit işinin iştirakı ilə təşkli olunmasını təklif edib. O qərəzli şəklidə razı olmayıb. Belə bir işin kəsrin yaranmasında hüquqi subyektlər olan “Az. RETAİL”, və “Azəri Retail” şirkətlərləri ilə “Koroğlu” şirkəti arasında iqtisadi münasibətlərə, həmçinin şirkətin ictimai nüfuzuna zərər vuracağını bildirib. Bundan sonra R.Əliyev işdən çıxmaq üçün müraciət edib. Tahir Əliyev isə onu təhdid etməyə başlayıb. Bundan sonra kəsrin Rauf əliyevin bağlanılması məqsədi ilə özəl audit şirkəti tərəfindən Rauf Əliyevin iştirakı təmin olmadan Tahir Əliyevin təşəbbüsü ilə qondarma audit işi həyata keçirilib. Nəticədə Rauf Əliyevin adına şirkətlər arası iqtisadi-maliyyə münasibətlərinə dair 124 min manat dəyərində maliyyə kəsiri qeyd edilib. Bundan sonra isə birmənalı olaraq həmin vəsaitin Rauf Əliyev tərəfindən mənimsənilməsi iddia olunub.