Bakıda piyadalar özlərini ölümün qucağına belə atır - VIDEO

Baxın və özünüz qiymət verin

Hər gün baş verən yol qəzalarında piyadaların ölümü, yaxud xəsarət alması olur. Lakin heç də bütün hallarda sürücülər günahkar deyil. Bəzən hətta yerüstü və yeraltı piyada keçidi olduğu halda sürətli yolun özündən keçən və nəticədə xəsarət alan piyadalar olur.

Blogger Qorxmaz Mustafayev analoji hal ilə qarşılaşıb. Yerüstü piyada keçidinin 10 metrliyində yolu krçməyə cəhd edən bu insanlar görəsən nə düşünürlər? Həyatları bu qədərmi ucuzdur onlar üçün?

Avtosfer.az videonu təqdim edir. Baxın və özünüz qiymət verin buna.