Bu gün həmkar saytımız olan reportyor.infonun içtimailəşdirdiyi bir görüntünü sizlərə təqdim edərək həmin görüntüdən ortaya çıxan mənzərəni analiz etməyə çalışacağıq. Həmçinin son zamanlar DYP əməkdaşlarının özbaşınalığına və DİN-nin rəhbəri cənab Ramil Usubovun adına xələl gətirən şəxslər barəsindədə söhbət açmağa çalışacağıq. Əvvəlcədən qeyd edim ki, mətnin sonunda təqdim etdiyimiz video görüntülər həmkar sayta məxsusdur.
Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində rüşvətxorluq və korrupsiya tüğyan edir. İş o həddə çatıb ki, bunlar açıq bazar yaratmaqdan belə, çəkinmədən rüşvət mexanizmi üzrə fəaliyyət göstərirlər. Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçirilməsi üstə qurulan rüşvətdə milyonlar yığılmaqdadır. Dövlət qiyməti qanunla 20 azn təyin edilməsinə baxmayarq, qanun tanımayan şəxslər hətta mayanın 55 azn olduğuna az qala and içməkdən belə çəkinməyirlər. Təbii olaraq bu sahənin başında dayanan və fəaliyyəti saflaşdırılmasına maneələr göstərməklə, günü-gündən çirkablaşmağa doğru aparan BDYPI-nin rəis müavini Mübariz Şahbazov və həmin mərkəzdəki emissarı Elşad Məmmədov açıq şəkildə dövlət müəssisəsini bazara çeviriblər. Qeyd edək ki, Barəsində söhbət açdığımız bu mərkəzin rəisi Elşad, Xocalının millət vəkili Elman Məmmədovun oğludur. Millət vəkilinin oğlu bu gün dövlət qurumunda xalqa xidmət əvəzinə ona xəyanət edirsə bu zaman kimdən hansı ədaləti gözləmək mümkündür. Ölkə rəhbəri dəfələrlə çıxışlarında qeyd edir ki, rüşvətə qarşı mübarizəmizi davam etdirir və bu məsələlərdə onlara xalq tərəfindən köməyin vacibliyi vurğulanır. Ölkə vətəndaşları isə bacardıqları qədər qanunsuz məsələləri video lentə alaraq medialar vasitəsi ilə ictimaiyyətə çatırmaqa, medialar isə bunun yuxarı instansiyalar o cümlədən Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəhbərliyinində görməsi üçün münbit şərait yaratmaqdadır. Cəmiyyəti bürüyən və məhvə aparan korrupsiya ilə mübarizə hər bir vətəndaşın dövlətə kömək məqsədi ilə konustusiyon haqqıdır ki, bunuda layiqincə öhdəsindən gəlməyə müvvəfəq olmağa çalışmaqdadırlar. BDYPİ tabeliyində olan qurumlarda bu kimi hallar durmadan artmaqda və sərhəd tanımamaqdadır.
Bu yaxınlarda hətta DYP əməkdaşının qanunsuz yollarla əldə etdiyi avtomobil və eyş-işrətdə xərclədiyi vəsaitlərin həmçinin onun mülkünün fotolarını yaymağımıza baxmayaraq nazirə yalan məlumat verməyə müvəfəq olan şəxslər həmin şəxsin cəzalanmasının qarşısını almaq üçün ələrindən gələni etdilər. Hətta aldığımız xəbərə görə DYP əməkdaşından qanunsuz olaraq şantaj edildiyinə görə şikayətçi olan şəxsin 10 sutka həbs edilməsinə belə hakimə Dİ nazirin adından göstəriş belə verməkdən çəkinmədilər. Qeyd edək ki, ölkədə nazirlər arasında seçilib sayılan Dövlət qurumlarından biri Daxili İşlər Nazirliyinin rəhbəri Ramil Usubov cənablarını aldadanlar düşünmürlər ki, naziri aldatmaqla onun nüfuzuna xələl vururlar. Öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə vətəndaşların portalda olan məlumatlarını qanunsuz olaraq çıxararaq şəxsən öz adları ilə informasiya agentliklərinə ötürərək öz əmələrinə medianıda şərik qoşmaqdadırlar. Əslində isə bir şəxslə bağlı məlumatı media özü istədiyi vasitələrlə əldə edə bilir. Niyə məhs medianın alətə çevrilməsi isə o zaman dyp əməkdaşının külli miqdarda mənimsədiyi vəsaitin kisəsini açmış olması və bununla yanaşı Masallı rayonunda milyonçu kimi tanınan şəxsin hörmətindən istifadə edərək vəzifədə qalmaq yenədə eyni əməlinə davam edərək milyonlar qazanmaq məqsədi durmuşdu. Həmçinin qeyd edək ki etibarlı mənbələrdən aldığımız məlumata görə, BDYPİ-nin gecə növbəsində inspektorlara qoyduğu məcburi plan mövcudur ki, buda DYP patrularına ən azı 1 bacardıqları təqdirdə birdən yuxarı nə qədər varsa içkili tutmaq göstərişi qoyulub. Əgər DYP ispektoru növbəni təhvil verərkən içkili şəxs tutmadığı müəyyən edilərsə onun iş saatı artırılaraq başqa metodlarla cəzalandırılmaqdadır. Digər məlumatlarda isə hər gecə ən azı 600-ə yaxın içkili adı ilə sürücülər BDYPİ-nə gətizdirilməkdədir. Amma bu saya baxmayaraq gündəlik rəsmi olaraq 4-5 nəfərə rəsmi cərimə yazılaraq qeydiyyata alınır. Digər rəqəmlər isə videoda gördüyünüz kimi "sən öl, mən ölə" nəğd şəkildə qeydiyyata salınmadan eyni bu videoda olduğu tərzdə, vətəndaşdan alınaraq içkili şəxslərin adı heç bir yerdə qeydiyyata belə salınmamaqdadır. Bəs mənimsənilən milyonlarla vəsait hara necə yoxa çıxır. Bütün bunlara gələn yazımızda aydınlıq gətirməyə çalışacağıq. Bizi izləməyi unutmayın.
Buyurun, aşağıda video çarxı izləyərək yuxarda qeyd etdiklərimizdə yanılmadığımızın şahidi olun..