İstehlak kreditləri ilə bağlı güzəştlər olacaqmı? - VİDEO

“Mərkəzi Bankın İdarə Heyətinin sədri də bildirib ki, istehlak kreditləri məsələsinə baxılır”.


Baku TV xəbər verir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, istehlak krediti alanlar əsasən işləyənlərdir: “Bu adamlara da dövlət öz dəstəyini göstərir. Onlara imkan verilir ki, öz kreditlərini bağlaya bilsinlər. Dövlət birincisi onların işdən azad olunmasına imkan vermir, ikincisi, onlara Əməkhaqqı Fondu vasitəsilə əməkhaqqını verir, üçüncüsü, onların çalışdığı müəssisələrə dövlət tərəfindən kredit imkanları yaradılır, dördüncüsü onlara vergi tətilləri tətbiq ediləcək. Yəni həmin şəxslərə kreditlərini ödəməsi üçün bütün imkanlar yaradılır. Amma bütün hallarda bu məsələ müzakirə olunur”.