Rəyasət İmanov uşaq baxçasını yandırtdırıb...? – Lənkəranda baş verən yanğınla bağlı iddia

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun səyləri nəticəsində Azərbaycanın bütün bölgələrində baxça və məktəblərin yenidən qurulması əsaslı təmiri və yeni binaların tikintisi keçdiyimiz illərdə çoxsaylı olaraq həyata keçirilmişdir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbüsü ilə gələcək nəsilin müsir formada yetişməsi üçün zəhmətlərinin saymaqla bitməyəcək qədərdir. Və bu möhtəbər addımlar bu gündə davam etdirilməkdədir.

Lənkəran rayon Vel və Siyavar kəndlərinin bələdiyyə sədri Rəyasət Xalid oğlu İmanov uşaq baxçasının yandırılmasında ittiham edilir. BakuNews.az-a məlumat verən sakinlər qeyd edir ki, dəfələrlə bələdiyyə sədri barəsində aidiyyatı qurumlara şikayət etmələrinə baxmayaraq şikayətlərinə əhəmiyyət verilməyib.

Vel kəndində yerləşən uşaq baxçasının müəmmalı yanması ilə bağlı ilkin olaraq qısa qapanma göstərilməsinə baxmayaraq yanğının hansı səbəbdən baş verməsi heç bir dövlət qurumu tərəfindən müəyyən edilməyib. İlkin olaraq baxçaya nəzarət edən şəxs məlumat olaraq qısa qapanmanı səbəb kimi göstərib. Nina adlı xanımın bələdiyyə sədrinin qanunsuz əmələrindən və baxçada olan müəllimləri dəfələrlə burdan çıxmaq məqasədi ilə təhrik etmə cəhdləri ilə bağlı aidiyyatı orqanlara şikayətlər edib. Amma Nina xanımın etdiyi şikayətlərə əhəmiyyət verilməyib. Həmçinin Lənkərandan etibarlı mənbə qeyd edib ki, körpələr evinə məxsus ərazinin 40 sot olmasına baxmayaraq Bələddiyə sədri həmin ərazini bölərək vətəndaşlara satmışdır. Bələdiyyə sədri Rəyasət İmanovun bu qanunsuz əməli yalnız bununla yükunlaşmayıb.
Rəyasət İmanov uşaq baxçasını yandırtdırıb...? – Lənkəranda baş verən yanğınla bağlı iddia

Verilən məlumata görə, Uşaq baxçasının yerləşdiyi əraziyə dəfələrlə müştəri qismində baxış keçirənlərində gəlib getdikləri müşahidə edilib. Və mütərilərin gəl-gedi bələdiyyə sədrinin son dövrdə burada işləyən müəllimlərə burdan çıxıb getmələri 30-40 uşaqa görə gəlib getməyin əhəmiyyətinin olmaması binanı boş yerə zəbt etdiklərini vurğulayırmış. 07.04.2018-ci il tarixində gecə radələrində baxçanın yerləşdiyi inzibati bina naməlum şəkildə od tutaraq tamamilə yanaraq yararsız hala salınıb.

Bələdiyyə sədrinin atdığı addımlara gəldikdə isə ölkənin aparıcı şəxslərinin göstərdiyi qayğıya kölgə salmaq Rayasət İmanovun başlıca məqsədi olduğu sakinlər tərəfindən qeyd edilməkdədir. Belə ki, Vel kəndinin yerləşdiyi ərazi Xəzər dənizinin sahilini əhatə etməsi bu ərazilərdə torpaq qiymətinin yüksək məbləğdə olması deməkdir. Bu gün Vel kendində torpağın 1 sotu 20-25 min manat civarında hesablanmaqdadır ki, buda məhs bələdiyyə sədrinin baxça ərazisini satmasına və bu baxçanın yararsız bina olaraq həmin ərazidən daşınmasını təmin etmək planına quluq edir – deyə qeyd edilməkdədir.

Mövzuya qayıdacağıq.

BakuNews.az

Gələn yazımızda:

- Toxumuçuluq anbarları kimin məqsədləri ucbatından satılıb... Kənd Təsərüfat Nazirliyinin məsələdən xəbəri varmı?
- Mədəniyyət binasının satılması əmrini kim verib?
- Lənkəran İcra nümayəndəsi əraziyə MAKLER Rayasət İmonovun qorxusundan nəzarət edə bilmir...?
- İcra nümayəndəsinin ərazi səlahiyyətlisinin səlahiyyətlərini R.İmanov hansı hüquqlarla icra edir?
- R.İmanov bələdiyyədir yoxsa...?