Tavan deşildi, fəhlə gənc qızın başına düşdü - VİDEO

Tavan deşildi, fəhlə gənc qızın başına düşdü - VİDEO











Tavan deşilib və fəhlə gənc qızın başına düşüb.

“Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiya paytaxtında baş verib.

Məlumata görə, fəhlələr damı sahmana salırmışlar. Hansısa anda işçilərdən birinin ayağının altından yer qaçıb və o, betonla birlikdə aşağıdakı mənzilə yıxılıb.

Mənzildə yaşayan qızlardan biri başından travma alıb. O, həmçinin möhkəm şok keçirib.
Qonşular tez təcili yardım çağırıblar. Onların sözlərinə görə, fəhləyə də tibbi yardım lazım olub, lakin yoldaşları onu özləri ilə aparıblar.
Ev təxliyə olunub, operativ işçilər yoxlamalara başlayıblar.