ADİU-nun Zaqatala filialında Orucəli Rzayev ‘‘bəlası’’ davam edir – Bazara çevrilmiş təhsil ocağı... İDDİALAR

Azərbaycan Dövlət İqtisad Universitetinin direktoru Orucəli Rzayev barəsində redaksiyamıza məlumatlar daxil olmaqdadır. Daxil olan məlumatlarda qeyd edilir ki, O.Rzayev köhnə əməllərini davm etdirərək təhsil ocağını yenidən rüşvət yuvasına çevirib. Keçmiş Müəllimlər İnistitunun Zaqatala filiallına rəhbərlik etdiyi dövrlərdən “bazarkom” imici qaazanmış direktor hələdə köhnə vərdişlərindən əlçəkə bilmir. Həmişə rüşvət alaraq insanları işə götürən Orucəli müəllim yeni filiallada qəbul qaydaların belə müəyyənləşdirir. Tələbələrdən yığılan qanunsuz pullarla kifayətlənməyən filial direktoru müəllimlərin və kadrların işə qəbulu zamanı ADİU-nun rektorunun adından məharətlə istifadə etməkdədir. Onun sözlərinə görə, pulların böyük hissədi rektora və Təhsil Nazirliyindəki müəyyən adamlara çatdırılmaqdadır. Əldə etdiyimiz məlumatlara görə, Müəllimlər İnistutunun dövründən bütün heyətdən külli miqdarda rüşvət alaraq işə qəbul etdirdiyi insanlarla sonradan ciddi problemlər yaşayan direktor kütləvi şikayətlər nəticəsində aldıqlarının bir qismini qytarmaqa məcbur olub. Digərlərinin pullarının qaytarılması istiqamətində problemlər hələdə qalmaqdadır. Dəfələrlə adı rüşvət qalmaqalında halanan Orucəli Rzayev nədənsə məsuliyyətdən kənarda qalmağı bacarıb. Bir neçə ay bundan öncə rüşvət alıb işə qəbul etdirdiyi sonradan isə özündən asılı olmayaraq işdən çıxartmağa məcbur olduğu insanlarla ciddi problemlər yaşayan direktordan prokrorluğa rəsmi şikayətlər edilmişdi. Bunun ardınca O.Rzayev yaxın ətrafına bildirmişdi ki, rayon Prokroru və İcra başçısı ilə anlaşaraq problemlərini qaydasına salıb və külli miqdarda borca düşüb. Bu bir daha subut edir ki, filial direktoru öz çirkin əməllərində İcra başçısının və rayon prokrorunun adını halandırmaqdan çəkinməməkdədir. Borca düşmüş O.Rzayev vəziyyətdən çıxmaq üçün rəhbərlik etdiyi təhsil ocağını “bazara” çevirib. Redaksiyamıza daxil olan məlumatlar araşdırma mərhələsində olduğu üçün gələn yazılarımızda geniş məlumatlar dərc ediləcəkdir.

Ardı var... Bizi izləyin
Redaksiyadan: yazıda adları qeyd edilən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
bakunews,az