''Bolmart''da dana əti adı altında müştərilərə camış əti satılır?!… Külli miqdarda gəlir gətirən bu biznesin çiçəklənməsində kimlər maraqlıdır?

Ağsu rayon sakini İslamov Sənan Mahir oğlu “Bolmart” supermarketlər şəbəkəsində qarşılaşdığı haqsızlıqla bağlı redaksiyamıza müracit edərək, qaldırdığı məsələnin ictimailəşdirilməsini israrla xahiş etdi. Vətəndaşla söhbət zamanı onun səsləndirdiyi iddialar bizi maraqlandırmaya və təəccübləndirməyə bilməzdi. Açığı, “Bolmart” kimi nüfuzlu marketlər şəbəkəsində xoşagəlməz halların baş verməsi gözlənilməz idi. Amma araşdırmalarımız acınacaqlı bir mənzərəni tam çılpaqlığı ilə ortaya qoydu. Aydın oldu ki, vətəndaşlara dana əti adı ilə camış əti satılırmış.

Özü də camış əti qiymətinə yox, elə dana əti qiymətinə. Məlumat üçün bildirək ki, mütəmadi olaraq ölkə mətbuatında iri supermarketlər şəbəkələrində vətəndaşların müxtəlif formalarda aldadılması, müştərilərin hüquqlarının kobudcasına pozulması barədə məlumatlar dərc olunur. Baş verənlərdən belə aydın olur ki, hələ də qaldırılan problemlər həllini tapmayıb, əksinə, qanunsuzluqlar artan templə davam etməkdədir. İstifadə müddəti başa çatmış qida məhsullarının müxtəlif oliqarxlara məxsus nəhəng supermarketlərə asanlıqla yol tapması, bu zaman möhtəkirlərin külli-miqdarda pul qazanması və müvafiq dövlət qurumlarının problemlərin həlli istiqamətində acizlik nümayiş etdirməsi sonda vətəndaşların sağlamlığına və genefondumuza ciddi zərbələr vurmaqdadır. Redaksiyamıza müraciət edən vətəndaşın söylədiyi iddiaları araşdırmaq üçün S.Vurğun küçəsində yerləşən “Bolmart” supermarketinə etdiyimiz telefon zəngi isə yuxarıda söylədiyimiz fikirləri bir daha təsdiq etdi. Adıçəkilən ünvanda yerləşən supermarketin Cəfər adlı səlahiyyətli nümayəndəsinə müraciət edərək vətəndaşın qaldırdığı məsələlərlə bağlı qarşı tərəf kimi münasibət öyrənmək cəhdimiz heç də ürəkaçan olmadı. Verdiyimiz sualları cavablandıran Cəfər müəllim belə halın olduğunu inkar etmədi. Həmin supermarketdə qəssab işləyən və bu əməllərə yol verən şəxsin isə işindən azad olunduğunu qeyd etdi. 10 min manat dəyərində olan külli-miqdarda camış ətinin belə asanlıqla supermarketdə satışa çıxarılmasının necə baş verdiyi barədə sualimiz isə oponentimizi əməlli-başlı qıcıqlandırdı. Azərbaycan mətbuatında kifayət qədər tanınan jurnalistin doğma əmisi oğlu olduğunu bildirən Cəfər müəllim bunun ardınca, elə tanınmış şəxslərin adını çəkdi ki, susmaqdan başqa çarəmiz qalmadı. Cəfər müəllimlə telefon danışığımızın audioyazısını istənilən şəxsə təqdim etməyə hazırıq. Indi isə sözümüz aidiyyatı dövlət qurumlarının rəhbərlərinədir. Şəhərin mərkəzində, böyük bir marketdə baş verən bu və ya digər qanunsuzluqları görmürsünüzmü? Əgər görürsünüzsə niyə qarşısını almırsınız? Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına yaratdığı münbit şərait bir çox işbazlara qanunsuz yollarla varlanmaq üçün şərait yaradıb. Düşünürük ki, qiyməti 5 manat 50 qəpik olan camış ətinin 11 manatlıq dana əti adı ilə satılması ciddi vergi yayınmalarından xəbər verir. İnternet üzərindən apardığımız araşdırmalar zamanı “Bolmart” supermarketlər şəbəkəsinin facebook səhifəsində adıçəkilən supermarketlərin fəaliyyətindən narazı olanların sayının heç də az olmadığı diqqətimizdən yayınmadı.

“Bolmart” supermarketlər şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alınsa da Cəfər müəllimin söylədiklərini qeyri-ciddi qəbul edərək, qarşı tərəfin daha əsaslandırılmış mövqeyini işıqlandırmağa və dərc etməyə hazırıq. İnanmaq istərdik ki, adıçəkilən supermarketlər şəbəkəsinin rəhbərliyi baş verənləri nəzarətə götürəcək və problemlərin həllinə nail olacaq. Biz isə öz növbəmizdə KİV haqqında qanunları əldə rəhbər tutaraq araşdırmalarımızı davam etdirəcəyik. Qeyd etmək istərdik ki, məqalənin dərc olunmasında məqsəd heç də “Bolmart” supermarketlər şəbəkəsinin işgüzar nüfuzuna və fəaliyyətinə kölgə salmaq deyil, əksinə baş verənləri rəhbər şəxslərin diqqətinə çatdırmaqla, neqativ halların və qüsurların aradan qaldırılması istiqamətində yardımçı olmaqdır.

Araşdırmalarımız davam edir…

Ardı var…

Adekvat.Az