Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Akademiyadan bildirilib ki, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.
Qeyd edək ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.
Layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.
"Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.