Lənkəranda döyülmə faktı qeydə alınıb.
APA-nın cənub bürosunun məlumatına görə, bu gün səhər saatlarında Sahil küçəsi 122 ünvanında qeydiyyatda olan 1979-cu il təvəllüdlü Mübariz Səfəralı oğlu Abdullayev tanıdığı şəxs tərəfindən dəmir parçası ilə döyülüb.
O, baş nahiyəsinin kəsilmiş xəsarəti ilə Lənkəran Rayon Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. M. Abdullayev oradan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.