Lift idarəsinin rəisi SOCAR-ın tikdiyi müalicə-diaqnostika mərkəzlərindən neçə milyon qazanıb?
AzBakuşinfo KORRUPSİYA.AZ-a istinadən xəbər verir, xeyli vaxtdır Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adı mətbuatın gündəmindən düşmür.
Rəisin öz qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi ilə bağlı mətbuatda yayılan xəbərdən sonra cəmiyyətdə xeyli suallar yaranıb. Görəsən, dövlətdən 550 manat əmək haqqı alan məmurda bu qədər pul haradandır ?
Əgər Qüdrət Şükürov bizneslə məşğul olursa, bu qanunla qadağandır. Bəs, bu milyonların mənbəyi nədir ?
Digər tərəfdən rəisin qanunsuz əməlləri barəsində mətbuatda bu qədər məlumatlar yayıldığı halda görəsən Qüdrət Şükürov niyə vəzifəsindən azad olunmur, niyə məsuliyyətə cəlb edilmir?
Adi lift idarəsinin rəisi bu dərəcədə toxunulmaz, “odda yanmaz, suda batmaz”,..?
Qüdrət Şükürovu kim(lər) qoruyur ?
Axı, elə gün olmur ki, Bakı şəhərində lift qəzası olmasın.
Hər gün oxuyuruq ki, filan binada lift qəzası olub, sakinlər şaxtaya düşüb, ölən və yaralananlar var və s.
Lift qəzaları və faciələri ilə bağlı rəsmi statistikaya nəzər salanda adam dəhşətə gəlir. Əlbəttə liftlərdə nasazlıq və qəza mümkündür. Amma bu sayda yox. Deməli, Bakı şəhərində liftə görə məsuliyyət daşıyan Qüdrət Şükürov işinin öhdəsindən gələ bilmir.
Mətbuatda yayılan məlumatlara görə, Qüdrət Şükürovu “qoruyan mələk” SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevdir.
Amma heç kim izah eləmir ki, SOCAR-la Lift idarəsinin nə əlaqəsi ola bilər ?
Rövnəq Abdullayevlə Qüdrət Şükürovun yaxınlığı nədən qaynaqlanır ?
Bəzi sadəlövh yazarlar SOCAR prezidenti ilə Lift İdarəsi rəisinin tələbə yoldaşı olmağını əsas gətirirlər. Açığı çox gülməli səbəbdir. Bəs onda əsl səbəb nədir ?
SOCAR-ın (ARDNŞ) maliyə vəsaiti hesabına tikilən Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ, Şamaxı və s müalicə-diaqnostika mərkəzlərində liftlərin quraşdırılmasına ayrılan külli miqdarda maliyyə vəsaiti təkcə Qüdrət Şükürovun cibinə getməyib.
Həm də quraşdırılan liftlərin hamısı təzə olmayıb. “Kraska”lanmış köhnə liftlər təzə adı ilə dövlətə sırınıb və ortada milyonlar qazanılıb. Təsəsvvür edirsiniz, məcburi köçkünlərin məskunlaşdığı yarımçıq binalardakı liftləri söküb diaqnostika mərkəzlərində quraşdırıblar.
Və bu yolla Qüdrət Şükürov milyonlar qazanıb.
Bu gün isə Qüdrət Şükürov həmin milyonların hesabına Bakı şəhərində lift biznesi ilə bağlı bir neçə özəl şirkətə sahiblik edir. “Kleemen” lift şirkəti də Qüdrət Şükürova məxsusdur. Və məmur olan Şükürov iş gününü çox hissəsini şirkətin Xətaidəki ofisində olur. Görəsən, Bakı ŞİH-nin rəhbərliyi onun iş vaxtı harada olması ilə maraqlanmır ?
Şükürovun digər əməlləri ilə bağlı növbəti yazıda bəhs edəcəyik.