Mingəçevir su anbarında brokonyer ovu-FOTOLAR

Azərbaycanda balıq və digər su bioresurslarının sənaye ovunun şərtləri açıqlanıb.
Obyektiv.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su bioresurslarının sənaye ovu qadağandır:
- Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər dənizinin dərinliyinə doğru 7 km-lik sahədə;
- Dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür) ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;
- Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;
- Su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə.
Bura Mingəçevir su anbarı da aiddir.
Ancaq burada brokonyerlər balıq resurslarını məhv etmək üzrədirlər. Obyektiv .infonun təqdim etdiyi fotolarda "Karobka" deyilən qanunsuz torlarla tutulması əks olunub.
İsti havada xarab olanları tullayıb dirilərini götururlər. Tonlarla balıq boş yerə məhv olur. Bəs ETSN hara baxı
Mingəçevir su anbarında brokonyer ovu-FOTOLAR
Mingəçevir su anbarında brokonyer ovu-FOTOLAR
Mingəçevir su anbarında brokonyer ovu-FOTOLAR
Mingəçevir su anbarında brokonyer ovu-FOTOLAR
Mingəçevir su anbarında brokonyer ovu-FOTOLAR