İki gündür ki, Abşeronun rayonunun bir sıra yaşayış məntəqələrində yaşayan 10 minlərlə vətəndaş susuz qalıb. İnsanları susuz qoyan "Azərsu"ASC - dən isə bildirirlər ki, hələ bir neçə gündə suyun verilməsi sual altındadır.
Bu arada etibartlı mənbədən Realliqinfo.org- a daxil olan məlumatda bildirilir ki, "Azərsu"Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov özünə məxsus və milyonlarla dəyərində olan villasında kef məclisi qurub. Qeyd edək ki, Q.Hüseynovun adıçəkilən villası Bakının Türkan qəsəbəsində yerləşir.
"Azərsu" ASC-nin sədrinin insanların ciddi probleminə biganə qalması ciddi narahatçılıq yaradıb. Rayonun Mehdiabad və Digah qəsəbəsinin sakinləri bu gündə suyun verilməyəcəyi təqdirdə Prezident Aparatının qarşısına yığışacağını və etiraz aksiyası keçirəcəyini bildirirlər. İki gündən çoxdur ki, susuz qalan sakinlər ciddi problemlərlə üzləşiblər. Onlar həm içməli suya, həm də bağlarını qorumaq üçün istifadə etdikləri suya olan təlabatı ödəyə bilmirlər. Buna baxmayaraq Azərsu rəhbərliyi problemə biganə münasibət göstərməkdə davam edir.
Hər il dövlət büdcəsindən su xəttlərinin yenilənməsi adı ilə milyonlarla vəsaiti mənimsəyən Qorxmaz Hüseynovun yarıtmaz fəaliyyəti narazı kütlənin sıralarını genişləndirməkdədir. Lakin bu şəxsin qanunsuz fəaliyyətinə qarşı tədbirlərin görülməməsi yoxa çıxan milyonların da hesabatının aparılmaması ilə sonuclanıb.
Hazırda "Azərsu" ASC - nin rəhbərliyinin sənədlərdə qeyd etdiyi, lakin həyata keçirilməyən layihələrlə bağlı araşdırmalar aparırıq. Ümid edirik ki, suya möhtac qalan Abşeron sakinlərinin harayına səs veriləcək və Qorxmaz Hüseynov kimi problemlərə laqeyd yanaşan məmurlar cəzalandırılacaq.