Nərminin anası nə üçün ev istədiyini açıqladı - VİDEO


"Nərmin həmişə deyirdi ki, ata idmançı olacam və səni bütün dünyaya tanıdacam”

Anews.az xəbər verir ki, bu fikirləri baku.ws-in bölgə muxbirinə qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova bildirib.

"Sonuncu dəfə uşağımı məktəbə yola salmışam. Noyabrın 21-i gördüm. Üzündən öpdüm getdi məktəbə. Atasını dünyada tanıtdıracaqdı sonu belə oldu”.

Aynrə İsmayılova media qurumlarında yazılan məlumatlarada münasibət bildirib. Xüsusən evlə təmin olunması ilə bağlı fikirlərinə aydınlıq gətirib.

"Mən uşağımın adından istifadə edib mənzillə təmin olunmağımı istəməmişəm. Xahiş edirəm bizim barəmizdə bilib-bilmədən boş, əsassız fikirlər yazmasınlar. Mənim evim var. Lakin uşağımın qatili olan şəxs yaxınlığımızda yaşayır.

Digər bir tərəfim də qəbristanlıqdır. Qızımın məzarı da oradadır. Mənim Nərmindən başqa iki qızım var. Onlar uşağımın cəsədi olduğu yeri görür və gəlib deyir ki, o ərazidən keçə bilmirik.

Uşaqlarımla bərabər yoldaşım da o ərazidən keçə bilmir. Dondar olmasın başqa bir kənd olsun. Mən dövlətimdən buna görə ev istəmişəm. Bunu böyüdüb bizə daha çox ağrı vermək düzgün deyil”.