Bakıda yanğın: 40 nəfər təxliyyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 4 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin tavanı 10 m² sahədə və məişət texnikası qarsalanıb.

Yanğın zamanı 40 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.