Zabit güləşçimiz dünya çempionatında medal qazandı

Rusiya Federasiyasının Moskva şəhərində Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının kişilər arasında final görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, 65 kq çəkidə mübarizədə MOİK-in zabiti Ağahüseyn Mustafayev İran idmançısı Biyabani Peymanı məğlub edərək dünya çempionatında üçüncü olub.

Bununla da Azərbaycan aktivinə növbəti bürünc medalı yazdırıb.
Zabit güləşçimiz dünya çempionatında medal qazandı