Azərbaycanlı iş adamı arvadını yad kişi ilə cinsi əlaqəyə məcbur etdi - VİDEO - FOTO

Azərbaycanlı iş adamı "Yenidən evlənək" bəhanəsi ilə evə qaytardığı keçmiş həyat yoldaşını yad kişilərlə yatmağa məcbur edib. Qadın qəbul etməyincə, 2 uşağının gözü önündə saçlarından sürüyərək 11-ci mərtəbədən atmağa çalışıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, keçmiş ərinin əlindən qurtulan və iki uşağıyla ortalıqda qalan qadına bina sakinləri sahib çıxıblar.

Bakıda yaşayan 30 yaşlı orta məktəb müəllimi Sevinc Kərimova 5 il öncə əri - reklam agentliyi sahibi Elmir A.-dan (34) şiddət gördüyü üçün ayrılıb. Türkiyədə yaşayan Elmir A. bir ay öncə "Her şey çox gözəl olacaq sənin üçün. Uşaqlarıma baxacağam, sizin yanınızda olacağam" deyərək gənc qadını 8 və 6 yaşlı 2 uşağıyla birlikdə Antalyaya gətirib.
Azərbaycanlı iş adamı arvadını yad kişi ilə cinsi əlaqəyə məcbur etdi - VİDEO - FOTO

EVƏ GƏTİRDİYİ ŞƏXSLƏRLƏ CİNSİ ƏLAQƏDƏ OLMAĞA MƏCBUR ETDİ

Muratpaşa qəsəbəsinə köçən Elmir A. iddiaya görə, keçmiş arvadını evə gətirdiyi kişilərlə cinsi əlaqədə olmağa məcbur edib. Otağa girib qapını bağlayan Sevinc təcavüzdən xilas olub, amma şiddət görməyə başlayıb.

TƏKLİFİ QƏBUL ETMƏYƏN QADINI 11-İNCİ MƏRTƏBƏDƏN ATMAĞA ÇALIŞDI

Elmir A. fahişəlik etmək istəməyən qadını iki uşağının gözü önündə dəfələrlə yumuruqlayıb, saçından sürüyərək 11-inci mərtəbədəki mənzilin eyvanından atmağa çalışıb.

Azərbaycanlı iş adamı arvadını yad kişi ilə cinsi əlaqəyə məcbur etdi - VİDEO - FOTO

KONSULLUQ AZƏRBAYCANA GÖNDƏRMƏYİNCƏ POLİSDƏN KÖMƏK İSTƏDİ

Keçmiş ərindən xilas olub, qonşularına sığınan Kərimova Azərbaycanın Antaliya və İstanbul Konsulluğu ilə əlaqə saxlayaraq başına gələnləri danışıb. Ölkəsinə qayıtmaq üçün kömək istəyən qadın "Bizim belə bir səlahiyyətimiz yoxdur" cavabı alıb. Bundan sonra polis idarəsinə gedərək keçmiş ərindən şikayət edib. Azərbaycanlı qadının mühafizə edilməsi, Elmir A. haqqında da uzaqlaşdırılma qərarı verilib.

ELMİRİN BAŞQA BİR QADINLA EVLİ OLDUĞU ORTAYA ÇIXDI

Etdiyi şiddətdən sonra qaçan Elmir A.-nın Türkiyədə Azərbaycan vətəndaşı olan başqa bir qadınla evli olduğu ortaya çıxıb. Haqqında araşdırma qərarı verilən Elmir A. bu dəfə telefonla keçmiş arvadının ailəsinə zəng edib, Sevinc Kərimovanı öldürməklə təhdid edib.
Azərbaycanlı iş adamı arvadını yad kişi ilə cinsi əlaqəyə məcbur etdi - VİDEO - FOTO