Gənc sənətçi Humay Qədimova şəxsi həyatından danışaraq, haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.
Yenicag.az-a açıqlama verən Humay sosial şəbəkədə paylaşdığı fotoların onun barəsində şayiələrə rəvac verdiyini deyib:
“Tez-tez qardaşımın uşağı ilə fotolarımı paylaşıram. Ağlıma da gətirməzdim ki, bu fotolar şəxsi həyatımla bağlı söz-söhbətlərə səbəb ola bilər. Hətta ən yaxın adamlarım belə, şoka düşdü ki, Humay hamıdan gizli ailə qurmusan, xəbərimiz yoxdur? Sosial şəbəkədə durmadan yazdılar, təbrik etdilər. “Nurayım” deyə müraciət etdiyim və mənə çox oxşayan həmin qız qardaşımın övladıdır. Hamı deyir ki, sanki bir almanın yarısısınız, o sənin qızındır. O insanlara demək istəyirəm ki, vallah-billah subayam. Əlbəttə, ailə qurmaq hər bir qızın arzusudur. Amma bu sifarişlə olmur, qismətə bağlıdır”.