Hindistanda göldə üç gənc boğulub, onlardan birinin telefonu hadisəni lentə alıb.
Oxu.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, dostlar göldə çimmək qərarına gəliblər, lakin öz güclərini hesablamayıblar.
Nəşr qeyd edir ki, 22, 27 və 28 yaşlı üç nəfər velosipedlə gəzintidən sonra ölkənin qərbində, gölün kənarında dayanıblar. Onlar mobil telefonun kamerasını quraşdırıblar və suya giriblər. Lakin onlardan heç biri üzməyi bacarmayıb.
Kadrlarda görünür ki, gənclər əvvəlcə suda oynayırlar, sonradan isə çıxmağa çalışırlar.
Sonda onların suda boğulduğu görünür.