Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyev özünə yeni balıq vətəgəsi alıb.
AzBaku.info Report-a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.
Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiqdir.
Qeyd edək ki, buna qədər V.Şəbəndiyevin başqa vətəgələri də olub.
Xatırladaq ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.