Bakı şəhəri Səbail rayonunda yerləşən 134 nömrəli məktəbdə şagirdlər intim əlaqədə olub.
AzBaku.info primetime.az-a istinadən xəbər verir ki, yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.
Məsələ ilə bağlı sözügedən orta məktəblə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirdi:
"Bu video barədə bizim məlumatımız yoxdur. Məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Mənim açıqlama verməyə ixtiyarım yoxdur".
Mövzu ilə bağlı Təhsil Nazirliyinə; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hər iki qurumun açıqlamasını yayımlamağa hazırıq.
Qeyd edək ki, video etik qaydalara uyğun olmadığına görə sözügedən görüntüləri yayımlamırıq.