Altı nəfər iştirakçının mübarizə apardığı qalmaqallı “Maşın” realiti şoudan bu gün bir nəfər də ayrılıb.
AzBaku.info xəbər verir ki, səsvermə nəticəsində qutudan ən çox fotosu çıxan şəxs Hüseyn Əzizoğlu olub.
Əzizoğlu bildirib ki, hədəfi aktrisa Pərvin Abıyevadır.
Sonda Hüseyn “qalsın”a 60,30% səs toplayaraq şouda qalıb. O, verilişdən “papa” deyə müraciət etdiyi Abbas Bağırovu çıxarıb