Yük avtomobilini saxlayıb rüşvət alaraq buraxır
Sosial şəbəkələrdə yayılmış videoda 99 YP 808 dövlət nömrə nişanlı DYP avtomobili 31 AC 257 dövlət nömrə nişanlı yük maşınını saxlayır. Səbəb isə üstüaçıq şəkildə yük aparmasıdır. Sürücü avtomobildən düşərək YPX maşınına yaxınlaşır və pəncədərən inpektorla söhbət edir. Daha sonra əlini cibimə salaraq pul çıxardır və inspektora verir. Bununla da pozduğu qaydanı "qanuniləşdirir." Avtosfer.az sözügedən videonu təqdim edir: